“Trabzonspor”da ayrılıq və 1.2 milyon avroluq təzminat

Türkiyənin “Trabzonspor” klubu norveçli futbolçusu Anders Trondsenlə yollarını ayırıb.

Komanda.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

27 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Trabzon təmsilçisi oyunçuya 1 milyon 252 min 500 avro məbləğində təzminat ödəyəcəyini açıqlayıb.

Trondsen 2020-ci ilin avqustunda “Trabzonspor”la 4 illik müqaviləyə imza atmışdı. Onun klubla müqaviləsinin müddəti 2024-cü ilin yayında başa çatmalı idi. Yarımmüdafiəçi Türkiyə klubunun heyətində cəmi 14 matça çıxıb. Daha öncə “Lillehammer”, “Stabek”, “Sarpsborq” və “Rusenborq” kimi klubların da formasını geyinmiş futbolçu Norveç yığmasında 4 oyuna çıxıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button