“Qarabağ” “Zaqatala”ya məğlub oldu

Futbol üzrə Azərbaycan 1-ci divizionunda 2-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə üç görüş baş tutub.

Dörd qolun qeydə alındığı “Keşlə-2” – “Kəpəz” matçında qalib müəyyənləşməyib.

“Sumqayıt” və “Neftçi”nin əvəzedicilərinin dueli də məhsuldar alınıb. Amma beş qolluq bu qarşılaşmada qonaqlar qələbə qazanmağa nail olublar.

“Turan Tovuz” – “Qaradağ Lökbatan” qarşılaşmasında isə qapılara bütövlükdə 10 qol vurulub. Meydan sahibləri bu görüşdə darmadağına seviniblər.

İkinci oyun günündə daha iki görüş baş tutub. “Səbail”in əvəzedici komandası səfərdə “Ağsu”nu məğlub edib. Üç qolun qeydə alındığı “Sabah”la “Zirə”nin əvəzedicilərinin duelində isə meydan sahibləri əzmkar qələbəyə seviniblər.

Son gündə “Qarabağ”ın əvəzedici komandası “Zaqatala”nı qəbul edib. Ağdam təmsilçisi son dəqiqələrdə buraxdığı qollarla meydanı məğlub tərk edib.

Birinci divizion, 2-ci tur

28 avqust

Keşlə-2 – Kəpəz 2:2
Qol
: İbrahim Novruzov, 21. Elmir Rəhimzadə, 64 – Əli Səmədov, 56. Nodar Məmmədov, 70-pen.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Qəzənfər Məmmədov, Rauf Allahverdiyev
“ASK Arena”. 16:30.

Sumqayıt-2 – Neftçi-2 2:3
Qol
: İbrahim Əliyev, 21. Elnur Cəfərov, 43 – Əlibəy Məmmədli, 7; 11. Asim Əlizadə, 77.
Hakimlər: Etibar Həsənov, Nahid Əliyev, Elxan Əsgərzadə, Rauf Cabarov
“Sumqayıt Arena”, ehtiyat meydança. 16:30.

Turan Tovuz – Qaradağ Lökbatan 6:4
Qol
: İlkin Sadıqov, 7; 21. Murad Hüseynov, 42. Rüfət Məmmədov, 45; 63. Orxan Lalayev, 76 – Murad Hüseynov, 35-öz qapısına. Sahil Zeynalov, 38. Nuran Quliyev, 45+3-pen. Fərid Mahmudov, 90+3.
Hakimlər: İnqilab Məmmədov, Səbuhi Soltanov, Teymur Teymurov, Cahangir Yusifzadə
Tovuz şəhər stadionu. 16:30.

29 avqust

Ağsu – Səbail-2 1:2
Qol: Oqtay Məmmədov, 90+1 – Bahadur Həziyev, 42-pen. Əli Sadıxov, 51.
Hakimlər
: Vüqar Həsənli, Taleh Məmmədov, Elmin Süleymanov, Kamranbəy Rəhimov
Ağsu şəhər stadionu. 16:30.

Sabah-2 – Zirə-2 2:1
Qol: Zahid Mərdanov, 47. Emil Qasımov, 55 – Tapdıq Əhmədov, 33.
Hakimlər
: Fərid Hacıyev, Vüqar Bayramov, Rəhman İmami, Rəvan Həmzəzadə
Binə qəsəbə stadionu. 16:30.

30 avqust

Qarabağ-2 – Zaqatala 2:3
Qol: Toral Bayramov, 9. Kənan Həsənov, 85 – Famil Camalov, 53. Famil Camalov, 86. Aleksandr Şemonayev, 90+3.
Hakimlər
: Namiq Bəkirov, Səbuhi Əmrahov, Ruslan Quliyev, Cahangir Yusifzadə
“Azersun Arena”. 16:30.

2-ci turda MOİK komandası istirahət edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button