“Tottenhem”in qapıçısı ili erkən başa vurdu

İngiltərə Premyer Liqasının 8-ci turu çərçivəsində “Brayton”a 0:3 hesabı ilə məğlub olan “Tottenhem”in ciddi itki ilə üzləşdiyini xəbər vermişdik.

Komanda.az xəbər verir ki, London klubunun qapıçısı Uqo Llorisin həmin görüşdə qolu çıxmışdı. Oyunun 9-cu dəqiqəsində zədələnən futbolçu, meydanı erkən tərk etmişdi.

Artıq fransalı qolkiper ətraflı həkim müayinəsindən keçib. Klubun rəsmi saytının yaydığı məlumata görə, 33 yaşlı futbolçu əməliyyat olunmayacaq. Amma o, ən azı 3 aydan sonra məşqlərə başlaya biləcək.

Artıq bu il “Tottenhem”ə kömək edə bilməyəcəyi dəqiqləşən Lloris, Fransa yığmasının AÇ-2020-nin seçmə mərhələsi çərçivəsindəki qalan dörd oyununda da forma geyinməyəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button