Eriksenin “İnter”ə transferinin detalları bilindi

“Tottenhem”in futbolçusu Kristian Eriksen yaxın zamanda “İnter”lə rəsmi müqavilə imzalayacaq.

Komanda.az xəbər verir ki, A Seriyası təmsilçisi danimarkalı yarımmüdafiəçi üçün London klubuna 20 milyon avro ödəyəcək. Bu barədə “Sky Sports” nəşri məlumat yayıb. 27 yaşlı futbolçu “neradzurra” ilə 4,5 illik sözləşmə imzalayacaq. Eriksenin “İnter”də həftəlik 300 min avro qazanacağı bildirilir.

“İnter” Kristian Eriksenin təqdimatını yanvarın 27-də keçirəcək.

Bu mövsüm “Tottenhem”lə Premyer Liqada 20 oyuna çıxan Eriksen, 2 qol vurub və 2 məhsuldar ötürmə edib.