“Tottenhem”in Eriksen üçün istədiyi məbləğ

“Tottenhem” “Real”ın hədəfində olan və klubdan ayrılmaq istədiyini açıqlayan Kristian Eriksenin transfer qiymətini müəyyənləşdirib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, London təmsilçisi “kral klubu”ndan 27 yaşlı futbolçu üçün 80 milyon funt-sterlinq tələb edir.

“Tottenhem”in əvvəlcə 130 milyon istədiyi, amma “Real”ın bu məbləği ödəməyəcəyini bildirdikdən sonra 80 milyon funt-sterlinqə razılıq əldə etmək istədiyi deyilir.

Eriksenin “Tottenhem”lə müqaviləsi 2020-ci ilin iyununda başa çatır.

2013-cü ildən “Tottenhem”in şərəfini qoruyan danimarkalı futbolçu, bu mövsüm iştirak etdiyi 51 oyunda 10 qol, 17 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button