
“Tottenhem”də yeni məşqçi
Niderlandlı mütəxəssis Con Heytinqa İngiltərənin “Tottenhem” komandasında məşqçi vəzifəsinə təyin olunub.
Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
O, London kollektivində baş məşqçi Tomas Franskın köməkçisi kimi fəaliyyət göstərəcək. 42 yaşlı mütəxəssislə müqavilənin müddəti göstərilməyib.
Heytinqa futbolçu karyerasında “Atletiko” (Madrid, İspaniya), “Everton”, “Fulham” (hər ikisi İngiltərə), “Herta” (Almaniya) və “Ayaks” (Niderland) klublarının formasını geyinib. O, 2025-ci ilin iyulundan noyabrına qədər “Ayaks” baş məşqçisi vəzifəsində çalışıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



