“Tottenhem” səfərdən 3, “Arsenal” 1 xalla qayıtdı

Futbol üzrə İngiltərə Premyer Liqasında əvvəlki turlardan təxirə salınmış oyunlar keçirilib.

Komanda.az xəbər verir ki, “Arsenal” 29-cu tur çərçivəsində səfərdə “Vest Hem”lə qarşılaşıb.

Altı qolun qeydə alındığı bu oyunda qalib müəyyənləşməyib.

“Tottenhem” isə 18-ci turdan təxirə salınmış oyunda “Aston Villa”nın qonağı olub. London təmsilçisi bu oyundan inamlı qələbə ilə ayrılıb.

İngiltərə Premyer Liqası

21 mart

29 turun oyunu

Vest Hem – Arsenal 3:3
Qol
: Linqard, 15. Bouen, 17. Souçek, 32 – Souçek, 38-öz qapısına. Douson, 61-öz qapısına. Lakazette, 82.

18-ci turun oyunu

Aston Villa – Tottenhem 0:2
Qol
: Vinisius, 29. Keyn, 68-pen.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button