“Tottenhem” DÇ-2022-ni gözləyir

İngiltərənin “Tottenhem” klubu Qətərdə keçiriləcək dünya çempionatı zamanı baş məşqçi Antonio Konte ilə müqaviləni uzatmağı planlaşdırır.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “Tottenhem” Konteyə 2023-cü ilin iyununda başa çatacaq müqaviləsini uzatmağı təklif edəcək. London klubu bu təklifi DÇ-2022 keçirilən zaman təklif edəcək. Amma italyalı mütəxəssis hələ ki, gələcəyi ilə bağlı qərar verməyib.

“Tottenhem” hazırda İngiltərə Premyer Liqasında üçüncü yerdədir. Kontenin komandası 13 oyunda 26 xal toplayıb. “Tottenhem” Çempionlar Liqasının D qrupunda birinci yeri tutub. Komandanın qrupdakı rəqibləri “Ayntraxt”, “Sportinq” və “Marsel” olub.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button