“Tottenhem” “Bayern”in hücumçusunu transfer etməyə çalışacaq

“Tottenhem” “Arsenal”ın keçmiş futbolçusu, hazırda “Bayern”də çıxış edən Serj Qnabrini transfer etmək variantını nəzərdən keçirir.

Komanda.az “Football Insider”-ə istinad edərək xəbər verir ki, İngiltərə klubu bu yay almaniyalı hücumçunu transfer etməyə çalışacaq.

“Bayern” növbəti transfer pəncərəsində 28 yaşlı Qnabrini satmağa hazırdır. İldə 20 milyon avro civarında maaş alan futbolçunun oyun səviyyəsi və zədələri Münhen klubunu qane etmir.

Qnabri 2011-16-cı illərdə “Arsenal”da çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button