“Komanda bu qələbədən məmnundur” – Emil Balayev

“Tobol” klubunun futbolçusu Emil Balayev Qazaxıstan çempionatının 27-ci turunda “Şaxtyor”la qarşılaşdıqları oyundan sonra açıqlama verib.

Komanda.az xəbər verir ki, klubun rəsmi saytına danışan Azərbaycan millisinin qapıçısı, 1:0 hesabıyla qələbə qazandıqları matç haqda bunları deyib:

“Oyuna maksimum güclə hazırlaşmışdıq. Bu qarşılaşmanın çox vacib olduğunu bilirdik. “Şaxtyor” keyfiyyətli oyun göstərən komandadır. Topa sahib olmağı xoşlayırlar.

Oyunun çətin olacağını bilirdik. Qarşılaşmanın nəticəsini bir qol həll edəcəkdi və bunu son dəqiqələrdə biz vurduq. Komanda bu qələbədən məmnundur. Qarşıda “Jetısu” ilə oyun var. İndidən bu rəqib haqda düşünürük”.