Tilemans “Lester”dən gedir? – açıqlama

“Lester”in prezidenti Ayavatt Şrivaddnaprabha yarımmüdafiəçi Yuri Tilemansın bu yay komandadan ayrıla biləcəyi ilə bağlı şayiələrə cavab verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, o, futbolçu ilə bağlı heç bir təklif almadıqlarını deyib:

“Biz hələ Tilemans üçün heç bir təklif almamışıq. Heç bir klubdan konkret təklif yoxdur”.

Tilemans 2019-cu ilin iyulundan “Lester”də çıxış edir. O, ötən mövsüm “tülkülər”in heyətində bütün yarışlarda 50 oyunda 7 qol vurub və 5 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button