Teymur Rəcəbovdan Madriddə daha bir heç-heçə

Azərbaycan şahmatçısı Teymur Rəcəbov İspaniyanın paytaxtı Madriddə təşkil olunan İddiaçılar Turnirində növbəti görüşünü keçirib.

Komanda.az xəbər verir ki, 35 yaşlı qrossmeyster 4-cü turda qara fiqurlarla polşalı Yan-Kşiştof Duda ilə qarşılaşıb. Oyun 41-ci gedişdə heç-heçə ilə başa çatıb.

Rəcəbov daha öncə Fransa təmsilçisi Alireza Firuzca və FİDE bayrağı altında yarışan Yan Nepomnyaşi ilə də sülhə razılaşmışdı. O, 2-ci turda ABŞ təmsilçisi Hikaru Nakamuraya uduzmuşdu.

Teymur hazırda 1,5 xalla Firuzcayla birgə 6-7-ci yerləri bölüşdürür.

İddiaçılar Turnirinə iyulun 7-də yekun vurulacaq. Yarışın qalibi şahmat tacı uğrunda görüşdə norveçli dünya çempionu Maqnus Karlsenlə üz-üzə gələcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button