Teymur Rəcəbov son turda qələbə qazandı

Azərbaycan şahmatçısı Teymur Rəcəbov İspaniyanın paytaxtı Madriddə təşkil olunan İddiaçılar Turnirində bu gün son görüşünü keçirib.

Komanda.az xəbər verir ki, 35 yaşlı qrossmeyster 14-cü turda qara fiqurlarla Macarıstan şahmatçısı Rixard Rapport ilə üz-üzə gəlib.

Rəcəbov ilk dövrədə heç-heçə etdiyi rəqibini bu dəfə matçın 33-cü gedişində məğlub etməyi bacarıb.

Beləliklə, xalını 7,5-ə çatdıran Teymur hələlik turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

Son turun nəticələrindən asılı olmayaraq yarışın qalibi adını FİDE bayrağı altında mübarizə aparan rusiyalı Yan Nepomnyaşi qazanıb. 32 yaşlı qrossmeyster 13 turda 9 xal toplayıb və ən yaxın izləyicisini 1,5 xal qabaqlayıb. O, bununla, ardıcıl ikinci dəfə norveçli Maqnus Karlsenlə dünya şahmat tacı uğrunda görüşə vəsiqə əldə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button