Terri “Çelsi”yə qayıtdı – FOTO

“Çelsi”nin keçmiş müdafiəçisi Con Terri London təmsilçisinə qayıdıb. 42 yaşlı ingiltərəli mütəxəssis klubun akademiyasında çalışacaq.

Komanda.az xəbər verir ki, o, bu haqda sosial şəbəkə hesabında paylaşım edib:

“Evimə qayıtdığım, akademiyada işləyəcəyim və klubdakı rolumu davam etdirəcəyim üçün çox xoşbəxtəm”.

Keçmiş futbolçunun sonuncu iş yeri 2023-cü ilin aprelindən bəri çalışdığı “Lester” klubu olub.

“Çelsi” 2022/23 mövsümünü 12-ci pillədə bitirib. Onlar yeddi ildən sonra ilk dəfə avrokuboklarda çıxış etməyəcəklər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button