“Barselona” aparıcı futbolçusunu itirib

“Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen La Liqanın 14-cü turunda “Rayo Valyekano” ilə keçiriləcək oyunda iştirak etməyəcək.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, 31 yaşlı qolkiper komandanın son məşqini buraxıb. Ter Ştegenin belindəki ağrılara görə Almaniya millisindən də ayrıldığı bildirilirdi.

“Rayo Valyekano” – “Barselona” matçı noyabrın 25-də keçiriləcək. 

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button