Ten Haq: “Azarkeşlər məni dəstəkləyirlər”

“Mançester Yunayted” İngiltərə Premyer Liqasının turnir cədvəlində səkkizinci yerdədir. Lakin komandanın baş məşqçisi Erik ten Haq küçəyə çıxarkən azarkeşlərdən dəstək sözləri eşitdiyini deyib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, niderlandlı mütəxəssis fanatların klubun keçid dövrünü yaşadığını başa düşdüklərini bildirib:

“Üzümə baxanda çoxlu insan yanıma gəlir. Məni dəstəkləyirlər, komandanı dəstəkləyirlər. Azarkeşlər başa düşürlər ki, klub keçid dövrünü yaşayır. Onlar həmçinin, xüsusən də, üzləşdiyimiz ciddi kadr problemlərini başa düşürlər”.

“Mançester Yunayted” Premyer Liqa çərçivəsində bu gün “Nyukasl”ı qəbul edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button