“Qadın futbolçulardan sinəsi düz olanları kişilərdən ayıra bilməyəcəyik” FOTO

Tanzaniya prezidenti Samia Suluhu futbolçu qadınlarla bağlı açıqlaması ilə gündəmə gəlib.

Komanda.az BBC-yə istinadən xəbər verir ki, o, qadın futbolçuların evlənməkdə problem yaşadıqlarını deyib:

“Qadınlar futbol oynayıb titullar qazana, ölkəni layiqincə təmsil edə bilərlər. Buna baxmayaraq, onların evlənmək şansları azdır.

Qadın futbolçuları bura dəvət etsək və onları bir sıraya düzsək, sinəsi düz olanları kişilərdən ayıra bilməyəcəyik. Düzdür, komandada evli futbolçular var, amma əksəriyyəti subaydır. Subay futbolçular üçün evlənmək artıq bir xəyala çevrilib”.

Samia Suluhu Tanzaniya tarixində ilk qadın prezidentdir.

Qadın futbolçulardan ibarət Tanzaniya milli komandası
Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button