Təyyarə qəzasından sağ çıxdı, futbol oynayandan sonra vəfat etdi

2016-cı ildə Braziliyanın “Şapekoense” klubunun oyunçularının da olduğu təyyarə Kolumbiyada qəzaya uğramışdı.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, bədbəxt hadisə zamanı sağ qalmış 45 yaşlı jurnalist Rafael Hensel, həyatını itirib. Hensel dostlarıyla futbol oynadıqdan sonra infarkt keçirib. Təcili xəstəxanaya aparılan jurnalist, həkimlərin müdaxiləsinə baxmayaraq, vəfat edib.

2016-cı ilin noyabrın 28-də “Şapekoense” klubunun futbolçularının da olduğu təyyarə Kolumbiyada dağlıq əraziyə düşüb. Qəza nəticəsində təyyarədə olan 77 nəfərdən 71-i həlak olmuş, 6 nəfər isə yaralanmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button