“Tənqidlər məni işimdən yayındırmayacaq” – Zidan

İspaniyanın “Real” klubunun baş məşqçisi Zinəddin Zidan açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, “kral klubu”ndakı vəziyyəti və tənqidlərlə bağlı danışan Zidan, bunları deyib:

“Tənqidlər hər zaman ola bilər. Yorulsam da, yorulmasam da, bu, davam edəcək. Tənqidlər, təzyiqlər sadəcə qalib gəlməklə bağlı deyil. Klub məşqçi və futbolçulardan ibarət deyil, komandanın arxasında azarkeşlər var. Tənqidlər məni işimdən yayındırmayacaq. Əvvəllər də başımıza belə hal gəlib. Bu vəziyyəti dəyişdirməyə çalışacağıq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button