Təhqirlər, söyüşlər və bizim hakimlər

Rəşad Ergün

UEFA Çempionlar Liqasından sonra “Qarabağ” yorulub. Üstəlik, bəzi futbolçuların intizamsızlığı, Avropanın əsas klub turnirindən sonra yerli yarışlara köklənmə problemi yaşaması da var. “Sabah” isə insafən, bu mövsüm tarixinin ən yaxşı dövrünü yaşayır, komanda formadadır. Yəni, “Qarabağ” həm çempionluğu, həm də kuboku təkcə hakim səhvlərinə görə itirmədi. Komanda yenilənməlidir, artıq meydanda əvvəlki enerji ilə, istəklə qaçmayan futbolçulardan canını qurtarmalıdır. Bu isə normal prosesdir. Hər bir komandanın əla mövsümün (Çempionlar Liqası) ardından yenilənməyə, dincəlməyə ehtiyacı ola bilər. Əminəm ki, bunu Qurban Qurbanov da anlayır.

Futbolda hakim səhvləri isə normaldır. Amma o səhvlər normanı aşdığı zaman anormal olur. Bu mövsüm Azərbaycanda hakim səhvlərinin normanı aşdığı mövsüm oldu. Mətbuatın və azarkeşlərin də saysız-hesabsız basqısı, söyüşlər, təhqirlər – idarəçilik səviyyələri onsuz da yüksək olmayan hakimlər üçün çətin olmalıdır bütün bunlar. Ancaq çıxış yolu tapılmalıdır, mütləq tapılmalıdır. Bəlkə də, yenə praktik üsula müraciət etmək – həlledici oyunlara əcnəbi hakimlər dəvət etmək lazımdır. Məsələn, “Zirə” ilə “Sabah” arasında keçiriləcək kubokun final oyununa.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button