Şvaynştayger “Bavariya”dan danışdı

ABŞ-ın “Çikaqo” klubunda forma geyinən Bastian Şvaynştayger keçmiş komandası “Bavariya”nın hazırkı durumunu dəyərləndirib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, alman futbolçu “Bavariya”nın bu mövsüm Çempionlar Liqasını qazana biləcəyini deyib:

“Bavariya”nın oyunlarına baxdıqda onlarda irəliləyiş görürəm. Mövsümə yaxşı başlamadıqlarını bilirəm. Ancaq “Bavariya”nı ÇL-də olan digər Avropa klublarıyla müqayisə etsək, Münhen təmsilçisinin finala çıxa biləcəyini deyə bilərəm.

1/8 finalda “Liverpul”la qarşılaşacaqlar. Matça az müddət qalıb. Hər iki klubun bərabər şansı var. Ancaq “Bavariya”nın oyunu daha yaxşı idarə etmək bacarığı var”.

2002-2015-ci illər aralığında “Bavariya”da forma geyinən Şvaynştayger, 2017-ci ildən “Çikaqo” klubunda çıxış edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button