“Atalanta”nın yeni baş məşqçisi bəlli oldu

Mauritsio Sarri İtaliyanın “Atalanta” klubunun yeni baş məşqçisi təyin olunub.

Komanda.az xəbər verir ki, bu barədə Berqamo təmsilçisi məlumat yayıb.

İtaliyalı mütəxəssis Raffaele Palladinonu əvəzləyib. 67 yaşlı çalışdırıcı daha əvvəl “Napoli”, “Yuventus”, “Çelsi” və “Latsio” klublarına rəhbərlik edib. O, karyerası ərzində Turin təmsilçisi ilə A Seriyasının, London klubu ilə isə Avropa Liqasının qalibi olub.

“Atalanta” ötən mövsüm İtaliya çempionatını yeddinci pillədə başa vurub və Çempionlar Liqasına vəsiqə qazana bilməyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button