Avropa Super Liqasının büdcəsi məlum olub

Avropa Super Liqasına qarşıdakı 2 il üçün ayrılan büdcə müəyyənləşib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, turnirin 15 milyard avro büdcəsi var. 

Dekabrın 21-də Avropa Super Liqasının yeni formatı təqdim olunub. Buna əsasən, yarışda üç liqaya bölünən 64 klub iştirak edəcək. Hər liqada yarış iki mərhələdə keçiriləcək – liqa mərhələsi və pley-off mərhələsi. Yeni turnirin startı 2025-ci ilə planlaşdırılıb. Hazırda Super Liqanın iştirakçıları siyahısında yalnız “Barselona” və “Real” yer alıb.

Avropanın bir çox aparıcı komandaları turnirdə iştirakdan imtina ediblər. Bunlara “Mançester Yunayted”, “Tottenhem”, “Çelsi”, “Mançester Siti”, “Arsenal”, “Liverpul”, “Atletiko”, “İnter”, “Bayern” və PSJ daxildir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button