MY futbolçusuna 60 milyon avro qiymət qoyub

“Mançester Yunayted” hazırda Dortmund “Borussiya”sında icarə əsasında çıxış edən hücumçusu Ceydon Sanço üçün qiymət müəyyənləşdirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, İngiltərə klubu gələcəkdə futbolçunu komandada saxlamaq istəmir. Bu səbəbdən, rəhbərlik yayda təxminən 60 milyon avro təzminat qarşılığında Sanço ilə ayrılmağa hazır olacaq.

Dortmund “Borussiya”sı Sançonu daimi olaraq almaq istəyir. Amma klubun ingiltərəli futbolçu üçün tələb olunan məbləği ödəməyə hazır olub-olmayacağı hələlik məlum deyil.

“Borussiya” 2021-ci ilin yayında Sançonu “Mançester Yunayted”ə 80 milyon avroya satmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button