“Çempionlar Liqasına vəsiqə qazandığımızı heç kim hiss etmədi” – Arteta

“Arsenal”ın baş məşqçisi Mikel Arteta gələn mövsüm komandasından irəliləyiş gözlədiyini deyib.

Komanda.az xəbər verir ki, ispaniyalı çalışdırıcı mətbuat konfransında bütün diqqətlərini Premyer Liqada qələbə qazanmağa yönəltdiklərini bildirib:

“Bəli, çünki biz Premyer Liqanın ən gənc komandalarından biriyik. Gələn mövsüm üçün Çempionlar Liqasına vəsiqə qazandığımızı heç kim hiss etmədi. İndi bütün diqqətimizi Premyer Liqada qələbə qazanmağa yönəltmişik.

Növbəti mövsüm necə olacaq? Cari mövsüm hələ bitməyib. Lakin biz insanların artıq gələcəyə maraq göstərdiyi bir dünyada yaşayırıq”.

“Arsenal” hazırda İngiltərə Premyer Liqasına başçılıq edir. “Mançester Siti” Artetanın komandasından 1 xal geri qalır. Lakin “şəhərlilər”in ehtiyatda bir oyunu var.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button