“Atletiko” 2 qapıçı arasında seçim edəcək

“Atletiko” yay transfer pəncərəsində sloveniyalı qolkiper Yan Oblakın ayrılma ehtimalı ilə əlaqədar yeni qapıçı ala bilər.

Komanda.az “Todofichajes”-ə istinadən xəbər verir ki, Madrid klubunun diqqət mərkəzində iki qapıçı var. Söhbət “Mançester Yunayted”in sabiq futbolçusu David de Xea və hazırda “Real”da icarədə olan Kepa Arrisabalaqadan gedir. Hər iki qapıçı “Atletiko”ya qoşulmağa hazırdır.

“Atletiko” La Liqanın cari mövsümündə 33 turdan sonra 64 xal toplayıb. Dieqo Simeonenin yetirmələri turnir cədvəlində 4-cü pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button