Voleybol: Azərbaycan birinciliyinin qalibi müəyyənləşib

16 yaşadək qız voleybolçular arasında Azərbaycan birinciliyinin qalibi müəyyənləşib.

Komanda.az federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutan final matçında “Azərreyl-1” ilə “Şərqi Zəngəzur RVK” qarşılaşıb.

Görüş birincilərin 3:0 (25:17, 25:15, 25:08) hesablı qələbəsi ilə yekunlaşıb. Beləliklə, “Azərreyl-1” ölkə çempionatının qızıl medallarını qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button