Avropa Super Liqası barədə qərar qəbul edildi

Avropa Məhkəməsi FİFA və UEFA-nın 2021-ci ildə Avropa Super Liqasının yaradılmasını qadağan edən hərəkətlərini qanunsuz elan edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, təşkilatların Avropada klub yarışlarında monopoliyası yoxdur: Super Liqa indi Avropa qanunlarına uyğun olaraq, rəsmi qaydada yaradıla bilər.

2021-ci ilin mayında Super Liqa UEFA və FİFA-nı rəqabət qanunlarını pozmaqda ittiham etmişdi. Həmin ilin aprelində Avropanın 12 klubu Super Liqanın yaradıldığını elan etmişdi. Bura İngiltərənin “Arsenal”, “Liverpul”, “Mançester Siti”, “Mançester Yunayted”, “Tottenhem”, “Çelsi”, İspaniyanın “Atletiko”, “Barselona”, “Real”, həmçinin İtaliyanın “İnter”, “Milan” və “Yuventus” klubları daxil idi.

Sonradan tənqidlər fonunda 9 klub “Barselona” və “Real”ın maraqlı olduğu layihədə iştirakdan imtina edib. Beləliklə, yeni qərara əsasən, İspaniya komandaları Çempionlar Liqası, Avropa turnirləri və ya FİFA yarışlarından kənarda qala bilməz.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button