Super Liqanın yeni klubundan 2 transfer

Türkiyənin “İstanbulspor” klubu heyətini yeni futbolçularla gücləndirib.

Komanda.az xəbər verir ki, Super Liqanın yeni klubu almaniyalı yarımmüdafiəçi Patrik Eberti və danimarkalı qapıçı David Yenseni transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Hər iki futbolçu ilə 2 illik müqavilə imzalanıb.

Patrik Ebertin sonuncu iş yeri Yunanıstanın “Kavala” klubu olub. O, daha öncə “Ksanti”, “Dinamo” (Drezden), “İnqolştadt”, “Rayo Valyekano”, “Spartak” (Moskva) “Valyadolid” və “Herta” klublarının da formasını geyinib. 35 yaşlı futbolçu Almaniyanın gənclərdən ibarət yığmasında oynasa da, əsas milliyə dəvət almayıb.

Ebert kimi, David Yensen də “İstanbulspor”a azad agent kimi keçib. Onun sonuncu iş yeri MLS təmsilçisi “Nyu York Red Bullz” olub. 30 yaşlı qolkiper 2020-ci ildən ABŞ klubunda çıxış etsə də, ötən mövsümü icarə əsasında “Vesterlo”da keçirib. Danimarkalı futbolçu daha öncə “Nordsyelland”, “Frederika”, “AB Qladsakse” və “Utrext”də də oynayıb. O, Danimarkanın aşağı yaşı qrupları üzrə bütün yığmalarında çıxış etsə də, əsas millidə forma şansı qazanmayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button