“Super Liqanın təqdimatı tam axmaqlıq idi” – Pike

Karyerasını bitirdiyini açıqlayan Jerar Pike “Real”ın prezidenti Florentino Peresin Super Liqa ideyasına münasibət bildirib.

Komanda.az xəbər verir ki, Pike “Marca”-ya açıqlamasında karyerasını başa vurmasından da danışıb:

“Florentino müasir insanları cəlb edən məsələlərdən danışanda haqlıdır, mən bununla razıyam. Amma Super Liqanı problemin həlli kimi görmürəm.

Super Liqanın təqdimatı tam axmaqlıq idi – təəccübləndim. Peres ulduzları “Real”a yığarkən səhvə yol verdi, lakin sonra hər şey dəyişdi və bu da təqdirəlayiqdir. Amma “El Chiringuito”nun efirində təkbaşına Super Liqa təqdimatı… Az qaldı dəli olam. Onun nəyə nail olmaq istədiyini bilmirəm.

Karyeramın sonu? Mən həmişə agentimə demişəm ki, “Barsa”nı tərk etməyəcəm. “Barselona” 28-29 yaşımda mənimlə müqaviləni yeniləməsəydi, karyeramı bitirərdim. Başqa motivasiyam yox idi”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button