Super Liqanın lideri təxirə salınmış oyundan məğlub ayrıldı

Futbol üzrə Türkiyə Super Liqasında əvvəlki turlardan təxirə salınmış oyunlar keçirilib.

Komanda.az xəbər verir ki, bu gün iki qarşılaşma baş tutub.

5-ci turdan təxirə salınmış oyunda “Hatayspor” doğma meydanda “Ərzurumspor”u darmadağın edib. “Göztəpə” isə 7-ci turdan təxirə salınmış lider “Alanyaspor”la ev oyununda minimal hesabla qalib gəlib.

Bu nəticələrdən sonra “Alanyaspor” 23 xalla zirvədəki mövqeyini qoruyub. “Göztəpə” 18 xalla 5-ci, “Hatayspor” 15 xalla 11-ci, “Ərzurumspor” isə 9 xalla 18-cidir.

Türkiyə Super Liqası

9 dekabr

Göztəpə – Alanyaspor 1:0
Qol
: Tripiç, 70.

Hatayspor – Ərzurumspor 3:0
Qol
: Diuf, 41. O.Çelik, 47-öz qapısına. Akintola, 57.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button