“Super Liqa o qədər ölüdür ki, daha da ölü olmaq mümkün deyil” – “Bayern” rəsmisi

“Bayern”in baş direktoru Yan-Kristian Drezen Avropa Super Liqası layihəsi haqqında danışıb.

Komanda.az “Bayern & Germany”-ə istinadən xəbər verir ki, Drezen bu layihənin onlar üçün “ölü” olduğunu bildirib:

“Super Liqa? Bizim üçün bu layihə ölüdür. O qədər kəskin danışıram ki, artıq sual qalmayıb. Super Liqa o qədər ölüdür ki, daha da ölü olmaq mümkün deyil”.

2021-ci ilin aprelində “Mançester Yunayted”, “Mançester Siti”, “Arsenal”, “Liverpul”, “Tottenhem”, “Çelsi”, “Real”, “Barselona”, “Atletiko”, “Yuventus”, “Milan” və “İnter” klubları Avropa Super Liqasını yaratdıqlarını açıqlayıblar. Lakin sonradan “Real”, “Barselona” və “Yuventus”dan başqa, digər klublar turnirdən imtina ediblər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button