Super Liqa klubunda yeni futbolçu

Türkiyənin “Qaziantep” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi son olaraq “Kayserispor”da çıxış etmiş Cenk Enver Şahini heyətinə qatıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 25 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb.

“Başakşəhər”in yetirməsi olan Cenk Şahin, Almaniyada “İnqolstadt” və “Sankt Pauli” kimi klublarda da forma geyinib.