Super Liqa klubunda rumın müdafiəçi

Yeni mövsümdən Türkiyə Super Liqasında mübarizə aparmaq hüququ qazanan “Dənizlispor” heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, elita təmsilçisi rumıniyalı mərkəz müdafiəçisi Kristian Sapunarunu transfer edib.

Super Liqanın digər təmsilçisi “Kayserispor”la müqaviləsinin müddəti başa çatan 35 yaşlı futbolçu “Dənizlispor”a azad agent kimi keçib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Tərəflər 1+1 illik müqaviləyə imza atıblar.

Sapunaru “Kayserispor”da 2017-ci idən forma geyinirdi. Rumıniya yığmasının sabiq üzvü Türkiyə klubunda 50-dən çox oyun keçirib, 2 qola imza atıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button