Super Liqa klubunda ayrılıq

Türkiyənin “Qaziantep” klubu hücumçusu Tomaş Pexartla yollarını ayırıb.

Komanda.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Çexiyalı forvardla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyi diqqəyə çatdırılıb.

Pexart bu mövsümün əvvəlində Polşanın “Legiya” (Varşava) klubundan “Qaziantep”ə transfer edilmişdi. O, bu komandanın heyətində 13 matça çıxıb və 2 qol vurub. “Las Palmas”, “Hapoel” (Beer Şeva), AEK (Afina), “İnqolştadt”, “Nürnberq”, “Sparta” (Praqa), “Yablonets” və “Sauthempton” kimi klubların da formasını geyinmiş 33 yaşlı futbolçu Çexiya yığmasında 26 oyunda 2 qola imza atıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button