“Sumqayıt”la “Neftçi”nin 36-cı görüşü

“Neftçi” Azərbaycan Premyer Liqasının 7-ci turu çərçivəsində “Sumqayıt”ın qonağı olacaq.

Komanda.az xəbər verir ki, bu komandalar indiyə qədər ümumilikdə 35 dəfə üz-üzə gəliblər.

Bu görüşlərdən 12-də “Sumqayıt”, 17-də isə “Neftçi” qalib gəlib. 6 oyunda qalib müəyyənləşməyib.

35 görüşdə qeydə alınan ümumi top fərqi də 53:42 “Neftçi”nin xeyrinədir.

“Sumqayıt”ın “Neftçi” ilə keçirdiyi qarşılaşmalarda ən məhsuldar futbolçuları 4 qolla Amil Yunanov və Rəhim Sadıxovdur. Onları 2 qolla Əli Qurbani izləyir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button