“Sumqayıt”ın futbolçusu tarixə düşdü

Birinci Divizionun 18-ci turu çərçivəsində “Sumqayıt” və “Neftçi”nin əvəzediciləri arasında baş tutan oyun meydan sahibləri üçün əlamətdar olub.

Komanda.az xəbər verir ki, bu qarşılaşmada start heyətində meydana çıxan “Sumqayıt” akademiyasının yetirməsi, 2006-cı il təvəllüdlü Nihat Əhmədzadə 2021/22 mövsümündə Birinci Divizionda ən gənc futbolçu kimi tarixə düşüb.

İlk dəfə 22.02.2022-ci il tarixində “Qarabağ-2” ilə qarşılaşmada debüt edən (15 yaş, 214 gün) Əhmədzadə “Neftçi-2” ilə görüşə start heyətində başlayıb və 66 dəqiqə meydanda olub.

Cari mövsümdə “Sumqayıt”ın əvəzedici komandasının heyətində yer alan futbolçulardan 15-i məhz klubun öz akademiyasının yetirməsidir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button