“Sumqayıt”dan yeni uğur

Azərbaycan Premyer Liqasının 13-cü turunda “Neftçi”ni səfərdə 2:1 hesabı ilə məğlub edən “Sumqayıt” yeni nailiyyətə imza atıb.

Komanda.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, xallarının sayını 21-ə çatdıran “gənclik şəhəri” təmsilçisi qış fasiləsinə qədər olan dövr üçün mütləq rekorda imza atıb.

Şəhərin eyniadlı klubu heç vaxt fasiləyə kimi bu qədər xal toplamayıb.

Premyer Liqada 2011/12 mövsümündə debüt edən “Sumqayıt” qışadək 14, hətta 18 oyun keçirdiyi vaxtlarda da az xal yığıb. Buna qədər rekord 20 xala bərabər idi. Komandanın hesabında 2012/13 mövsümündə 18, 2017/18 mövsümündə isə 14 matçdan sonra 20 xal olub.

Qış fasiləsinə qədər olan 5 turda sumqayıtlılar bu rekordu yeniləmək imkanına da malikdirlər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button