“Sumqayıt”da yeni təyinat

“Sumqayıt” Futbol Klubunun idman direktoru postuna təyinat gerçəkləşib.

Komanda.az xəbər verir ki, adıçəkilən vəzifəni bir müddətdir müvəqqəti yerinə yetirən Faiq Hacı-Məhərrəmov icra edəcək.

Faiq Hacı-Məhərrəmov 2011-ci ildən etibarən “Sumqayıt”da çalışır. O, klub yaranandan bu günə qədər əsas komandanın meneceri vəzifəsini icra edib.