“Sumqayıt” legioner futbolçu transfer etdi – Rəsmi

“Sumqayıt” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, “kimyaçılar” kabo-verdeli futbolçu Stiven Pereyranı heyətə cəlb edib.

28 yaşlı mərkəz müdafiəçisi ilə bağlanan müqavilənin detalları açıqlanmayıb.

Pereyra karyerası ərzində “Zvolle”, ÇSKA (Sofiya) kimi klublarda forma geyinib. O, Kabo-Verde millisində 5 oyuna çıxıb. Pereyranın son klubu Cənubi Afrika Respublikasının “Maritzburg United” komandası olub.

Bizi Telegramda izləyin