“Sumqayıt” “Çukariçki” səddini keçə bilmədi

“Sumqayıt” komandası bu gün Konfrans Liqasında növbəti matçına çıxıb.

Komanda.az xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv 2-ci mərhələnin cavab oyunu çərçivəsində Serbiyanın “Çukariçki” komandasını qəbul edib. Sumqayıt şəhər stadionunda keçirilən qarşılaşma Azərbaycan təmsilçisinin məğlubiyyəti ilə bitib.

Komandalar arasında Serbiyada baş tutan ilk matçda qapılara qol vurulmamışdı. Bu üzdən də “Sumqayıt” Konfrans Liqasında mübarizəni dayandırmalı olub.

Konfrans Liqası, 2-ci mərhələ, cavab oyunu

29 iyul

Sumqayıt – Çukariçki (Serbiya) 0:2
Qol: İ.Ndiaye, 10. M.Doçiç, 16-pen.
Baş hakim:
Yorgen Burxardt (Danimarka)
İlk oyun 0:0

Sumqayıt: 13. Aydın Bayramov, 4. Höccət Haqverdi, 5. Cəmaləddin Xocaniyazov, 6. Vüqar Mustafayev (k), 7. Tellur Mütəllimov, 9. Əli Qurbani, 10. Rəhim Sadıxov, 11. Rüfət Abdullazadə, 14. Elvin Bədəlov, 17. Murad Xaçayev, 18. Süleyman Əhmədov.
Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 71. Hüseynəli Quliyev, 2. Dmitri Nağıyev, 3. Vurğun Hüseynov, 8. Səbuhi Abdullazadə, 19. Xəzər Mahmudov, 20. Roman Hüseynov, 33. Eltun Turabov, 37. Nicat Əliyev, 74. Yusif Nəbiyev.
Baş məşqçi: Ayxan Abbasov.

Çukariçki: 12. Corce Petroviç, 5. Marko Doçiç (k), 6. Miladin Stevanoviç, 9. Corce Yovanoviç, 19. Strahinya Tanasiyeviç, 20. Asmir Kayeviç, 22. Srcan Miyailoviç, 65. Stefan Şapiç, 70. Aleksa Yankoviç, 72. İbrahima Ndiaye, 86. Boyan Roqanoviç.
Ehtiyat oyunçular: 1. Nemanya Beliç, 2. Viktor Roqan, 3. Nemanya Toşiç, 7. Marko Rakonyaç, 11. Norman Kempbell, 14. Mitar Erqelaş, 23. Stefan Çoloviç, 26. Uroş Drezgiç, 27. Milan Saviç, 77. Stefan Kovaç, 80. Nikola Çoliç, 88. Yovan Lukiç.
Məşqçi: Pavle Delibaşiç.