“Sumqayıt” iki futbolçusu ilə yollarını ayırdı

“Sumqayıt” klubu iki futbolçusu ilə yollarını ayırıb.

Komanda.az xəbər verir ki, “kimyaçılar” Cavid İmamverdiyev və Mehdi Şərifi ilə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Hər iki futbolçunun klubla müddəti bitən müqaviləsi yenilənməyib.