“Sumqayıt” da dayandı

“Sumqayıt” futbol klubu da məşqlərini dayandırıb.

Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, yeni növ koronavirus (COVID-19) pandemiyasının dünya ölkələri arasında sürətlə yayılmaqda davam etməsinə görə, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın verdiyi qərarla əlaqədar “Sumqayıt” FK-nın əsas, əvəzedici komandalarının, “Sumqayıt” Futbol Akademiyasının və “Sumqayıt” Futzal Məktəbinin məşqlərinə müvəqqəti olaraq fasilə verilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button