“Sumqayıt” bu gün bir xal qazandı” – Azər Bağırov

“Araz-Naxçıvan”ın baş məşqçisi Azər Bağırov Azərbaycan Premyer Liqasının 4-cü turu çərçivəsində qarşılaşdıqları “Sumqayıt”la ev oyununu şərh edib.

Komanda.az xəbər verir ki, o, 1:1 hesabıyla bitən matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“İki fərqli hissə izlədik. Birinci hissədə daha çox müdafiə olunduq, boşluqlar verdik. Verdiyimiz tapşırıqları ilk yarıda orta xəttdəki oyunçular yerinə yetirmirdi. Fasilədən sonra uşaqlar toparlandılar və necə lazımdı, necə tapşırılmışdısa, davam etdik. Çoxlu qol epizodlarımız oldu. Məncə, bu gün “Sumqayıt” bir xal qazandı”.

Rəqibi meydana yayaraq tapşırılmış zonalara ötürmələr etməliydik. Orta xəttimiz çatdırmadığına, tapşırığı düzgün yerinə yetirmədiyinə görə dediklərimiz alınmırdı. İkinci yarıda cinahlardan, orta xətdən asmalarla rəqibi müdafiədə otuzdurduq. İkinci hissə tam fərqli oyun oynadıq. Hansı ki, onu birinci hissədə etməliydik.

Bizim kimi yeni yığılan komandada bir futbolçunun meydanda səhv gedişatı olanda boşluqlar görünür. Çünki rəqiblərimiz daha hazırlıqlıdır. Çempionat üçün yığılan ən gec komandayıq və çatışmayan cəhətlərimiz daha çoxdur.

Transferimiz olacaq. İşlərimiz gedir. Ümumiyyətlə, transferlərdə səhv etmək istəmirik. Çempionatın gedişatında səhvlərimiz ola bilər. Bu da tələskənliyimizdən irəli gəlir. Bu gün hamını komandaya uyğunlaşdırmağa çalışırıq. Amma transferi düşünürük. Hücumameyilli oyunçu gətirməyi planlaşdırırıq. Vinger və ya “10 nömrə” də ola bilər”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button