300 qolla 13-cü oldu – “Sumqayıt”

“Sumqayıt” Azərbaycan Premyer Liqasında 300-cü qolunu vurub.

Komanda.az xəbər verir ki, 2011/12 mövsümündən yüksək dəstədə çıxış edən Sumqayıt təmsilçisinin yubileyi “Neftçi” ilə oyuna təsadüf edib.

Premyer Liqanın 7-ci turunun 1:1 hesabı ilə başa çatan matçında meydan sahiblərinin yubiley qoluna Murad Xaçayev imza atıb.

300-cü qol komandanın 307-ci oyununa təsadüf edib. Orta məhsuldarlıq 0,98-ə bərabərdir.

Əvvəllər “Sumqayıt Şəhər” adı altında da çıxış edən klub ölkə çempionatları tarixində 300 və daha çox qol vuran 13-cü komandadır.