“Sumqayıt” Antalyada Almaniya klubu ilə qarşılaşacaq

Mövsümün ikinci yarısına hazırlığını Antalyada davam etdirən “Sumqayıt” sabah növbəti yoxlama oyununu keçirəcək.

Komanda.az xəbər verir ki, sözügedən komanda Almaniya təmsilçisi “Berliner AK” klubu ilə qarşılaçacaq. Matça yerli vaxtla saat 16:00-da start veriləcək.

Xatırladaq ki, “Sumqayıt” Antalyadakı ilk yoxlama oyununda Polşa “Yagelloniya”sı ilə heç-heçə edib – 0:0.