Sulşer: “O, inanılmaz bir qapıçıdır”

“Mançester Yunayted”in baş məşqçisi Ole-Qunnar Sulşer, son vaxtlar göstərdiyi oyuna görə tənqid olunan qapıçı David De Xea ilə bağlı açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, norveçli mütəxəssis, 28 yaşlı qolkiperə güvəndiyini deyib:

“David de Xeaya güvənirəm. Son 6-7 ildir ki, bu klubun ən yaxşı futbolçusudur. O, inanılmaz bir qapıçıdır. Hər futbolçunun çətin zamanları olur. David yenidən yaxşı olacaq”.

Bu mövsüm “qırmızı şeytanlar”ın heyətində 44 oyunda iştirak edən ispan futbolçu, 59 qol buraxıb, 10 oyunda qapısını toxunulmaz saxlayıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button