Luis Suaresin yeni klubu

“Liverpul”un və “Barselona”nın keçmiş futbolçusu Luis Suaresin yeni komandası məlum olub.

Komanda.az RAC1-ə istinadən xəbər verir ki, son olaraq “Nasional”da çıxış edən uruqvaylı hücumçu “Los-Anceles Qalaksi”yə keçəcək.

Suaresin hazırkı klubu ilə müqaviləsi 2022-ci ilin sonunda başa çatacaq. 35 yaşlı forvard “Nasional”la Uruqvay çempionatının qalibi olub. O, cari mövsümdə bütün turnirlərdə 16 oyuna çıxıb, 8 qol vurub, 3 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button