“Ştutqart” “Qarabağ”dan ayrılan futbolçunu istəmədi

Son mövsümü icarə əsasında “Qarabağ”da keçirən “Ştutqart”ın futbolçusu Ailton Silva Almaniya klubundan ayrılacaq.

Komanda.az Almaniya mətbuatına istinadən xəbər verir ki, “Ştutqart” 25 yaşlı futbolçunun xidmətində maraqlı deyil. Ailtonla yollarını ayırmağa hazırlaşan almanlar, onu yenidən icarəyə verməyi də istisna etmir.

İndiyədək üç dəfə icarəyə verilən Ailtonun “Ştutqart”la müqaviləsi 2021-ci ilin yayında başa çatır.