
“Strasburq” “Reyms”ə səfərdə qalib gəldi
Fransa Liqa 1-də 28-ci tura yekun vurulub.
Komanda.az xəbər verir ki, son gündə 5 oyun baş tutub.
“Lans” evdə “Sent Etyen”ə qalib gəlibsə, “Reyms” “Strasburq”a, “Renn” də “Oser”ə uduzub. “Monpelye” də “Havr”la ev oyununda məğlub olub. Marsel “Olimpik”i isə “Tuluza” ilə matçdan çətin qələbə ilə ayrılıb.
Artıq çempionluğu təmin etmiş PSJ 74 xalla vahid liderdir. Marsel “Olimpik”i 52, “Monako” 50, “Strasburq” 49, Lion “Olimpik”i 48, “Nitsa” və “Lill” 47, “Brest” 43, “Lans” 42 xal toplayıb.
Fransa Liqa 1
28-ci tur
4 aprel
Nitsa – Nant 1:2
Qollar: Abdi, 14 – D.Auqusto, 11. Abline, 38.
5 aprel
PSJ – Anje 1:0
Qol: Due, 55.
Brest – Monako 2:1
Qollar: Kön, 42-öz qapısına. M.Kamara, 90+4 – D.Zakariya, 63-pen.
Olimpik (Lion) – Lill 2:1
Qollar: Lakazette, 38-pen. Şerki, 70 – Diakite, 1.
6 aprel
Lans – Sent Etyen 1:0
Qol: Koyalipu, 75.
Monpelye – Havr 0:2
Qollar: Kexta, 3. Ture, 33.
Reyms – Strasburq 0:1
Qol: Dukure, 4.
Renn – Oser 0:1
Qol: Jubal Junior, 89.
Olimpik (Marsel) – Tuluza 3:2
Qollar: Suazo, 21-öz qapısına. Qrinvud, 57. Rabyö, 64 – Maqri, 28. Syerro, 76.
Bizi Facebook-da izləyin



